Zığ şosesindəki qəzada ölənlərin kimliyi bəlli oldu - Yenilənib

zig-sosesindeki-qezada-olenlerin-kimliyi-belli-oldu
Oxunma sayı: 12713

Bakıda ağır qəza tıxaca səbəb olub. 

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. 

Qəza hadisəsi Zığ şosesində üzü şəhər istiqamətində baş verib. Hazırda bu səbəbdən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

***

Bu gün Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslərin ər-arvad olduqları məlum olub.

Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, qəza nəticəsində faciəli şəkildə həlak olan Anargül Mustafayeva 267 saylı tam orta məktəbdə müəllim işləyib:

"Təəsüf ki, günorta saatlarında açıqlama verdiyim ağır qəzada mənə dərs demiş müəllimimin də həlak olması xəbərini aldım.

Bizə savadlı gələcək bəxş edən bir müəllimin vəfatı xəbərini vermək həm məni, həm Anargül müəllimi tanıyanları çox məyus etdi.

Məktəb kollektivi ilə birgə məndə həlak olanların ailəsinə başsağlığı verir, səbrli olmağı arzu edirik".