Azərbaycanda bu dərmanlara qadağa qoyulub

azerbaycanda-bu-dermanlara-qadaga-qoyulub
Oxunma sayı: 4266

Bu gün Analitik Ekspertiza Mərkəzində dərmanların keyfiyyətinin yoxlanılması ilə bağlı mətbuat konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, konfransda çıxış edən Mərkəzin dərman vasitələrinin qeydiyyat şöbəsinin mütəxəssisi Ulduz Eyvazova insanların preparatlar üzərində qeyd olunan yararlılıq müddətindən düzgün istifadə etmədiyini bildirib:

"Hər bir dərman vasitəsinin əlavə təsirləri var. Dərmanın evdə normal saxlanılmaması zəhərlənmələrə səbəb ola bilər. Bəzi preparatlar var ki, açıldıqdan sonra 3 il yararlılıq müddəti var. Ancaq insanların çoxu buna məhəl qoymur". 

Bildirilib ki, Bəzi dərman vasitələri var ki, tərkibi qəbul olunmuş dünya standartlarına uyğun gəlmədiyi üçün ölkəyə buraxılmayıb. Bu kimi preparatlara misal olaraq həzm sisteminin yaxşılaşdırılması üçün istifadə olunan optik kömürü göstərmək olar. Preparatın tərkibindəki su normadan artıq olduğu üçün ölkəyə buraxılmayıb:

"İçlik vərəqələri istehsalçı tərəfindən mərkəzə təqdim olunur. Bəzən olur ki, əlavə təsirlər vərəqədə göstərilmir. Bununla bağlı dəfələrlə istehsalçı şirkətlərə xəbərdarlıqlar olunur. 2018-ci ilin yanvar ayında həkimlər tərəfindən Mərkəzə 150-dən çox əlavə təsir haqqında məlumat daxil olub". 

Bundan başqa, "Bioparoks" dərman vasitəsi allergik reaksiya verdiyinə görə, dünyada, eləcə də Azərbaycanda satışına qadağa qoyulub."Sonapaks" dərman vasitəsinin də bir çox ölkədə, həmçinin Azərbaycanda satışı dayandırılıb. Hazırda Azərbaycana ən çox idxal Avropa ölkələrindən olunur".

Günel Hacı