Bakı Şəhər BPİ NMİ və Nərimanov RPİ NMB əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Samir Cəfərovdan 26 qramdan artıq həşiş qətranı götürülüb.
Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Ədalət Mustafayev tutulub.
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Şamaxı rayon sakini Əhməd Muradovdan lüləsi və qundağı kəsilmiş tək lüləli tüfəng aşkar edilib.
Nərimanov RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramiz Hüseynovdan 385 qram marixuana və Baba Babayevdən 31 qramdan artıq həşiş qətranı götürülüb.
Suraxanı RPİ NMB və 32-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Zahir Hacıağayevdən 450 qram marixuana götürülüb.
Son xəbərlər
Son Xəbərlər