Aktrisanın qoluna qandal vuruldu – Fotosessiya

aktrisanin-qoluna-qandal-vuruldu-fotosessiya
Oxunma sayı: 694

Amerikalı məşhur aktrisa Daryl Hanna həbs edilib. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Kanadadan ABŞ-ın cənubuna xam neft daşıyacaq boru xəttinin inşasına etiraz olaraq keçirilən aksiyada iştirak etdiyi üçün aktrisanın qoluna qandal vurulub. Hannanın vəkili bildirib ki, məşhur aktrisa Vinnsboro şəhərində yaşayan 78 yaşlı torpaq sahibi Eleanor Fairchild ilə birlikdə bir etiraz nümayişi təşkil edib. Bu zaman aktrisa polislər tərəfindən həbs olunub.

Aksiya keçirinlər TransCanada şirkəti tərəfindən Kanadadan Körfəz sahillərinə xam neft daşımaq məqsədiylə inşa ediləcək boru xətti inşası zamanı Fairchildın ərazisinin zəbt olunmasına etiraz edirmişlər.

Xatırladaq ki, aktyorluq sənətinə 1978-ci ildə Brian De Palmanın "The Fury" adlı qorxu filmi ilə başlayan Hanna sonradan "Kill Bill" filmi ilə daha da məşhurlaşıb. O, 2011-ci ildə də Vaşinqtondakı Keystone XL boru xətti üçün edilən etiraz nümayişləri zamanı da həbs olunmuşdu.