Bayraqdarımız uduzdu, Sotomayor növbəti mərhələdə - Yenilənib

bayraqdarimiz-uduzdu-sotomayor-novbeti-merhelede
Oxunma sayı: 8894

Bu gün Rioda boks yarışlarında növbəti mərhələnin oyunları keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, dəri əlcək ustalarımızdan mübarizəni davam etdirən Teymur Məmmədov və Lorenzo Sotomayor da rinqə çıxacaq. 64 kq çəki dərəcəsində mübarizə aparan Sotomayor 1/8 finalda fransalı Hassan Amzile ilə qarşılaşacaq.Bu görüş Bakı vaxtilə saat 02:15-də başlayacaq.

Bayraqdarımız Teymur Məmmədov isə ¼ final görüşündə qazaxıstanlı Adilbek Niyazimberovla gücünü sınayacaq. Bakı vaxtilə saat 03:00-da start götürəcək görüşdə Teymur Məmmədov qalib gəlsə, bürünc medalı təmin edəcək.

***

Lorenzo Sotomayor fransalı Hassan Amzileyə qalib gələrək adını ¼ finala yazdırıb.

***

Teymur Məmmədov qazaxıstanlı Adilbek Niyazimbetovla görüşdə uduzaraq medal qazanmaq şansını əldən verib.