Azərbaycan otelləri endirimə məcbur olur

azerbaycan-otelleri-endirime-mecbur-olur-
Oxunma sayı: 720

“Ötən il Azərbaycanda fəaliyyət göstərən turizm obyektləri öz qiymətlərində təxminən 20 faizə qədər endirim ediblər. Lakin bu proses daimi deyil. Burada müəyyən bir hədd vardır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, bu ilin müşahidəsi onu göstərir ki, 4 və 5 ulduzlu otellərin qiymət siyasəti yeni otellərin açılışından sonra müsbətə doğru dəyişib. Otellər rəqabətə davam gətirmək üçün öz qiymətlərini endiriblər. Ötən illə müqayisədə cari ildə 4 və 5 ulduzlu otellərin qiymətlərində təxminən 10 faizə qədər endirim müşahidə olunur.