“Azərbaycanın nəhəng xəritəsi düzəldiləcək” - Müsahibə

<b>“Azərbaycanın nəhəng xəritəsi düzəldiləcək” - <font color=red>Müsahibə </b></font>
Oxunma sayı: 134






Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradovun müsahibəsi

- Fuad müəllim, Milli Şuranın həyata keçirdiyi “Vətəni tanı” Ümumrespublika Kampaniyası necə keçir?
- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə başlayan və Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq və Xəritəçəkmə Komitəsinin rəsmi olaraq dəstək verdiyi Kampaniya hazırda öz seçim turlarını davam etdirir. Milli Şuranın üzvlərindən ibarət olan işçi qrupları ölkəmizin hər bir inzibati ərazi vahidini qarış-qarış gəzərək bütün bölgələrdə kampaniyanı həyata keçirirlər. Artıq 39 rayon və şəhərdə Kampaniyanın seçim turları yekunlaşıb. 12000 gəncin əhatə olunmasını qarşımıza məqsəd qoymuşuq. Bu günə qədər 6450 gənc “Vətəni tanı”nın iştirakçısına çevrilib. Qeyd etmək istərdim ki, bu günə qədər Azərbaycanda belə miqyasda vətənpərvərlik layihəsi keçirilməmişdir.

- Əsas hədəfiniz nədir?
- Əsas hədəf ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü məsələsində göstərdiyi qəti və aydın fikrinə cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud, güclü dəstəyin ölkə üzrə geniş şəkildə nümayişinin təşkilindən ibarətdir. Bundan başqa ölkə gənclərinin bilik və bacarıqlarını nümayiş etdirə biləcək bir meydanın yaradılması və eyni zamanda ölkə gənclərinin kampaniyada aktiv iştirakını təmin etməkdir. Məqsəd həm də Azərbaycanı, müasir metod və imkanlardan istifadə edərək gənclərə daha da dərindən tanıtdırmaq və öyrətməkdir.

- Siz gənclərlə bağlı qəbul olunacaq yeni proqramın işçi qrupunun üzvüsünüz. Bu layihə yeni gənclər proqramına salına bilərmi?
- Biz bölgələrdə bu layihəni həyata keçirəndə gənclərdən bu Kampaniyaya böyük dəstək gördük. Hətta bəzi regionlarda bu Kampaniyanın müntəzəm olaraq keçirilməsi təklifləri oldu. Əlbəttə, ölkəmizin ərazi bütövlüyü məsələsi bu gün ən aktual mövzudur. Odur ki, bu layihəni hər il keçirməyi planlaşdırırıq. O ki, qaldı bu layihənin Dövlət proqramına salınıb-salınmama məsələsinə, bunu müzakirələrdən sonra biləcəyik.

- Kampaniya çərçivəsində jurnalistlər üçün də müsabiqə keçirirsiniz...
- Kampaniyaya rəsmi start veriləndə biz bütün kütləvi informasiya vasitələrini bizə dəstək verməyə dəvət etdik. Həmçinin onlar üçün müsabiqə də elan etdik. Bu layihəni KİV-də ən geniş, əhatəli işıqlandıran jurnalistləri sonda mükafatlandıracağıq.

- Kampaniyada daha hansı işlər nəzərdə tutulub?
- Seçim turlarında istifadə olunan keçməcəli (puzzle) xəritə böyük marağa səbəb olub. Həmçinin www.miras.az saytı da bu gün hər kəsə tərəfindən bəyənilib. Milli Şura və Gənclər və idman nazirliyi kampaniyanın yekununda Azərbaycanın nəhəng bir xəritəsinin keçməcə (puzzle) şəklində düzəldilməsini həyata keçirməyi planlaşdırır. Azərbaycanın xəritəsinin Azadlıq meydanında və ya digər başqa bir geniş yerdə toplanması nəzərdə tutulub. Və artıq puzzle xəritənin meydanda qurulmasıyla bağlı texniki məsələlər üzərində iş yekunlaşır. Qərara alınıb ki, hər bir inzibati ərazi vahidindən 2 gənc olmaqla paytaxta gələcək 148 finalçı gəncin iştirakı ilə ölkəmizin xəritəsini böyük miqyasda yığaq. Bu hər kəsə Azərbaycanın ərazi bütövlüyü məsələsinə dəstək verməyə çağırış forması və eyni zamanda bir mesaj olacaqdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi