Hadı Rəcəbli erotik klipdən danışdı

hadi-recebli-erotik-klipden-danisdi
Oxunma sayı: 678

Klipdə 6 aktyor çəkilib. Açıq-saçıq səhnədə fotomodel Dilbər lentə alınıb. Nadir Qafarzadə özü erotik səhnələrdə çəkilməyib. Müğənni klipdə sadəcə ifaçı kimi təqdim olunur.

“Bizim erotik janrda çəkilən klip barədə xəbərimiz olmayıb”. Bu sözləri Modern.az saytına açıqlamasında müğənni Nadir Qafarzadənin köməkçisi Ruslan Əliyev deyib.

O bildirib ki, ifaçı klipin yalnız iki dublunda çəkilib. O biri səhnələr barədə isə xəbərsiz olub. “Bu mahnının sözləri Milli Məclisin deputatı Hadi Rəcəbli tərəfindən yazılıb, Nadir Qafzarzadədən isə xahiş olunub ki, onu oxusun”. R. Əliyev qeyd edib ki, çəkilən klipin həmin mahnıya heç bir aidiyyatı yoxdur. “Sözləri Milli Məclisin deputatı tərəfindən mahnı yaşlı qadına həsr edilib. Bu klip sadəcə rejissor Nail Naiboğlunun savadsızlığının məhsuludur. Və biz çəkilən həmin klipi heç bir zaman qəbul etməyəcəyik” - deyə müğənninin köməkçisi əlavə edib.

Deputat Hadi Rəcəbli isə Modern.az saytına bildirib ki, o, özünü şair kimi təbliğ etməkdən uzaqdır: ““Mənim Lənkəranım” adlı şeirimə bəstəkar Ruhangiz Qasımova mahnı yazıb. Amma bunun şişirdilməsinin əleyhinəyəm. Adamın hobbisidir, həvəs gələndə görürsən ki, bir şeir də yazır.

Bu mahnının sözləri isə əslində yaşlı adama ithaf olunub.

Şirin sözlər az demişəm,
Qış olanda yaz demişəm.
Gözlərimlə naz demişəm,
Həyatıntək, ömrüm qədər.

Mən müğənniyə, bəstəkəra minnətdaram ki, şeirimi tapıblar, xoşlarına gəlib mahnı yazıblar. Ancaq bu mahnıya deyilən klipin çəkilməsini mən də düzgün saymıram. On gün idi burada deyildim. Bunu necə ediblər, bilmirəm. Bu şeirdə “Gözlərimlə naz demişəm” ifadəsi klipdə yanlış olaraq “Sözlərimlə naz demişəm“ gedib. Bu yanlışlıq mənanı tamam pozub”.