Birce Akalay ilk dəfə sevgilisi ilə görüntüləndi - Foto

birce-akalay-ilk-defe-sevgilisi-ile-goruntulendi
Oxunma sayı: 3774

Türkiyəli aktrisa Birce Akalay 3 aydır birlikdə olduğu balet ifaçısı Can Tunalı ilə ilk dəfə görüntülənib.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, cütlük İzmir-Çeşmedəki “BeStyle Magazin Festivalı”nda görüntülənib.

Akalayın sevgilisi ilə rəqs etdikdən sonra dənizdə çimdiyi an çəkilmiş fotoları sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Birce Akalay 2 il 5 ay ailəli olduğu aktyor Sarp Levendoğlundan 4 ay əvvəl boşanıb.