Bu filmlərdə yalnız bir aktyor çəkilib - Fotolar

bu-filmlerde-yalniz-bir-aktyor-cekilib
Oxunma sayı: 3567

Film çəkmək elə də asan başa gələn iş deyil. Çəkiliş məkanından tutmuş, aktyor seçiminədək mürəkkəb prosesi əhatə edən görüntülərin keyfiyyət kriteriyaları da yüksək olmalıdır. Adətən, bir filmin yaxşı, ya pis alınması aktyorlarıyla ölçülür. Ancaq elə ekran əsərləri də var ki, orada yalnız bir aktyor çəkilib. 

"Qafqazinfo" 5 ən yaxşı belə nümunəni təqdim edir: 

Yeni həyat 

"Kimsəsiz adaya düşsəydiniz özünüzlə 3 hansı əşyanı aparardınız" sualına cavab verən bir filmdir. Tom Henks təkbaşına tamaşaçını bezdirmədən filmi sonadək izlətməyi bacarır. Onu yeganə tərəf-müqabili isə voleybol topudur. 

Pinin həyatı 

Film 11 nominasiya üzrə "Oskar" namizədi olub və 4 mükafata layiq görülüb. Pi Patel gəmi qəzasından sonra təkbaşına balaca bir qayıqda aslan, zebra, meymun və pələnglə okeanın ortasında ölüm-dirim mübarizəsi aparır. Dünyanın ən təsirli filmlərindən hesab olunur. 

127 saat

Real hadisələr əsasında çəkilmiş filmdə alpinist Aron Ralstonun başına gələnlərdən danışılır. Aron dağa dırmanarkən qayalıqlarda qısılıb qalır və 127 saat boyunca onun başına gələnlər lentə alınır. 

Ay

3 il boyunca Aya getmək üçün kosmik gəmidə olan astronavtın həyat hekayəsindən bəhs edir. 

Sona doğru

Robert Redfordun ən yaxşı filmlərindən biri kimi kino tarixinə düşüb. Hind okeanında fırtına ortasında sınıq-salxaq qayıqda həyat mübarizəsi aparan qəhrəmanın taleyindən bəhs edilir.