Çənlibeldən - Fotolar

cenlibelden
Oxunma sayı: 1156

Qubanın İkinci Nügədi kəndindəki Çənlibel gölü rayona gələn turistlərin sevimli istirahət məkanına çevrilib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, həm yay, həm də qış aylarında gölün ətrafında yerli və əcnəbi qonaqlara rast gəlmək olar. Qızmar yay günlərində əsrarəngiz təbiət mənzərələrini seyr etmək üçün gələnlərin sayı yüzlərlədir. Rayon mərkəzindən təxminən 14 kilometr məsafədə yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edir.

Kənd sakinləri bu gölün ötən əsrin 50-ci illərində torpaqların suvarılması məqsədilə yaradıldığını bildirirlər. 10-15 metrə qədər dərinliyi olan Çənlibeli yerli sakinlər Göygölə bənzədir.

Burada turistlərə bir sıra maraqlı xidmətlər təqdim olunur. Qonaqlar göldə qayıqla gəzinti, göl ətrafında atla səyahət, restoran və başqa xidmətlərdən faydalana bilərlər. Göldə balıq tutmaq da mümkündür.