“Cənub mirvarisi”ndəki cənnət - Video

cenub-mirvarisindeki-cennet
Oxunma sayı: 6518

Uzun illər neft ölkəsi olan Azərbaycanda tezliklə qara qızılın bitəcəyi və post-neft dövrünə qədəm qoyacağı barədə fikirlər səslənirdi. Daha sonra qeyri-neft sektorunun, kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi əsas prioritet sayılırdı. 

Neftin qiymətinin kəskin ucuzlaşmasından sonra Azərbaycan üçün qeyri-neft sektoru, kənd təsərrüfatı, eləcə də birdən-birə digər yeni sahə görünməyə, parıldamağa başladı ki, bu da turizmdir. 

Son bir neçə ildə, xüsusilə də şərq ölkələrində viza rejiminin ləğv edilməsi, yüngülləşdirilməsi nəticəsində Azərbaycana əvvəlki illərlə müqayisədə dəfələrlə çox turist axın edib. Bu turistlər Bakı ilə yanaşı, Qəbələ, Oğuz, Quba və Şəki kimi bölgələrə səfər edirlər. Lakin cənub zonası sanki digər regionlardan bir qədər geri qalırdı. Xəzər dənizi, meşə və dağların əhatəsində olan bu bölgədə turizm obyektlərinin azlığı əcnəbilərin bura axınının qarşısını alırdı. Ölkənin bir tərəfində turizm inkişaf edir, digərində isə durğunluq baş alıb gedirdi. Belə bir məqamda Xəzər dənizinin sahilində, “Cənubun mirvarisi” hesab edilən Lənkəranda “Xəzər Palace” inşa edildi. 
 
“Qafqazinfo” əməkdaşları hotel kompleksi ilə tanış olmaq üçün Lənkərana səfər ediblər.  

Əvvəlcə qeyd etmək lazımdır ki, 39 nömrədən ibarət oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Aşağı Nüvədi kəndində yerləşən turizm obyektində restoran, açıq və qapalı hovuz, sauna, fitness mərkəzi, pulsuz avtomobil danayanacağı təklif edilir. 

Bundan əlavə, hotellə yanaşı 8 kottec də vətəndaşların ixtiyarındadır. 

Hotel kompleksində müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanları olan konfrans zalı, müasir restoranlar da fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.

Müxtəlif kateqoriyalı otaqlar ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Hoteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Burada balacalar üçün müxtəlif əyləncə və idman sahələri qurulub. Burada qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var. Qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır.

Tel:  +994 25 255-51-01

Fax: +994 25 255-51-03

Mail: [email protected]

Elvin Elxan

Fotolar-Video: Nuran Məmmədov