Daha bir məktəb direktoru işdən qovuldu - Seçkidə qanunları pozub

daha-bir-mekteb-direktoru-isden-qovuldu
Oxunma sayı: 7428

Seçki günü qanun pozuntusu qeydə alınan məktəbin direktoru vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun Axar.az-a istinadən verdiyi məlumata görə, Lənkəran rayonunda yerləşən Həzi Aslanov adına 3 nömrəli məktəbin direktoru Nəzakət Həsənovanın işinə son verilib.

Buna səbəb seçki günü sözügedən məktəbdə baş verən qanun pozuntusu olub. Uzun illərdir 3 nömrəli məktəbə rəhbərlik edən 64 yaşlı direktor N.Həsənovanın seçkiyə məsuliyyətsiz yanaşması və yol verdiyi nöqsan onun karyerasının sonunu gətirib. Qanun pozuntusundan sonra həmin seçki məntəqəsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib. Hətta mediada da həmin dairədə baş verən pozuntu ilə bağlı video-görüntülər yayılıb.

Xatırladaq ki, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrində nəticələr ləğv olunub.