Bazar günü 34 yaşlı Murat Akıncı ilə evlənən, daha sonra ərinin fırıldaqçı olması səbəbilə boşanmağa qərar verən Zerrin Özer xəstəxanalıq olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Habertürk"ə sənətçinin meneceri Kamal Aslan məlumat verib.
Aslanın sözlərinə görə, Özer evində husşuz vəziyyətdə tapılıb:
"Zerrin xanım güclü stres keçirib. Evdə özündən gedib. Təcili yardımla xəstəxanaya apardıq. Qan təzyiqi çox yüksəkdir. Həkimlər əllərindən gələni edirlər. Ancaq təzyiq yenidən artır".
Qeyd edək ki, Zerrinle Muratın evliliyi cəmi 36 saat çəkib.
Son xəbərlər
Son Xəbərlər