Final oyununa nə qədər bilet satılıb?

final-oyununa-ne-qeder-bilet-satilib
Oxunma sayı: 5761

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar paytaxtın 4 nöqtəsində bilet satışı davam edir.

"Qafqaznfo" xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzlərində, həmçinin Heydər Əliyev Sarayının kassalarında satılır. Mayın 27-nə olan məlumata görə, final oyununa 52 mindən artıq bilet satılıb.