Fevralın 6-da aktyor Ali Altanla ailə quran aktrisa Hazal Kaya hamilə olduğu ilə bağlı xəbərləri yalanlayıb. “Qafqazinfo” xəbər verir ki, aktrisa bunun yalnız şayiə olduğunu, lakin gələcəkdə övlad sahibi olmaq istədiyini də sözlərinə əlavə edib.
O, “Aşk-ı Memnu” serialında ögey anası “Bihter” obrazını canlandıran aktrisa Beren Saatın toyuna gəlməməyi barədə də danışıb: “Toya Berenlə yanaşı bir çox dostumuz gəlmədi. Onu dəvət etməməyim mümkündürmü? Deyəsən, real həyatı “Aşk-ı Memnu” hesab edirlər. Elə bir intriqamız yoxdur”.

Son xəbərlər
Son Xəbərlər