İkinci dəfə boşanır - Fotolar

ikinci-defe-bosanir
Oxunma sayı: 1276

Türkiyənin məşhur aktyoru Cihan Ünalın qızı Irmak Ünal boşanır. 

“Qafqazinfo” xəbər verir ki, 40 yaşlı aktrisa 7 illik həyat yoldaşı Emre Karabacak ilə ayrılmaq qərarına gəlib. 

Kayla və Vadi adlı iki övladı olan cütlük 1 ildir ki, münasibətləri gərgin olub və razılaşaraq boşanmaq istədiklərini bildiriblər. 

Irmak övladları ilə birgə Bodruma gedib, dostlarına “ailəmi xilas etmək istədim, amma bacarmadıq” deyib. 

Qeyd edək ki, Irmak 2003-ci ildə amerikalı DJ Taj Valdespino ilə evlənib və 2006-cı ildə boşanıb.