Kamran Şahsuvarlı 1/4 finala yüksəlib

kamran-sahsuvarli-14-finala-yukselib
Oxunma sayı: 1178

Azərbaycan millisinin daha bir boksçusu IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qoşulub. "Qafqazinfo" xəbər verir ki, 75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı yarışa 1/8 finaldan başlayıb.
 
O, ilk döyüşündə Desmond Amsterdamla (Qayana) üz-üzə gəlib. Rio-2016-nın bürünc medalçısı rəqibini 5:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb.
 
Şahsuvarlı 1/4 finalda ilk mərhələdən azad olan türkiyəli İhsan Ərdoğanla qarşılaşacaq. Görüş mayın 16-da baş tutacaq.