Məryəm kimsəsiz uşaqlara görə hərəkətə keçdi - Fotolar

meryem-kimsesiz-usaqlara-gore-herekete-kecdi
Oxunma sayı: 4234

Bu aralar fotoqraf sənətinə maraq göstərən aktrisa Məryəm Uzərli instaqramda “MUPortrait” adlı hesab açıb.

“Qafqazinfo”nun “Takvim”ə istinadən verdiyi xəbərə görə, səhifədə özünün çəkdiyi ağ-qara şəkilləri paylaşan Uzərlini izləyənlərin sayı qısa zaman ərzində 14 min nəfərə çatıb. Bundan sonra aktrisa gördüyü marağı yardıma çevirmək üçün hərəkətə keçib.

Belə ki, o, çəkdiyi fotoları ilk olaraq Orta Şərqdə satacaq. Buradan əldə edəcəyi gəliri Almaniya və Türkiyədəki kimsəsiz uşaqların daha yaxşı şəraitlərdə yaşaması üçün xərcləyəcək.