MTN-nin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd edilib

mtn-nin-heyder-eliyev-adina-akademiyasinda-bilik-gunu-qeyd-edilib
Oxunma sayı: 2202


“Qafqazinfo” xəbər verir ki, tədbirdə Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov professor-müəllim heyətini və kursantları yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş və əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasını müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin beynəlxalq aləmdə söz sahibi olan müasir, qüdrətli dövlət kimi tanınmasını, sürətli tərəqqisini təmin etdiyini, regionda lider mövqeyinə yüksəlməsinə nail olduğunu bildirilib.

Mərasimin sonunda kursantlar yeni biliklərə yiyələnmək üçün marş sədaları altında auditoriyalara yollanıb və Akademiyada tədris prosesinə başlanılıb.