Türkiyənin məşhur pop ulduzu Murad Boz Azərbaycanda konsert verib. “Qafqazinfo” xəbər verir ki, musiqili gecə ötən gün Bakı Konqres Mərkəzində baş tutub.
Əvvəlcə səhnəyə aparıcı Cavid Gül çıxaraq konsert barədə məlumat verib. Daha sonra sənətçinin “O səs Türkiyə”də yaşadığı maraqlı anlar təqdim olunub, onun münsif olduğu müsabiqədə gülməli kadrları tamaşçılara göstərilib.
M.Boz səhnəyə çıxaraq repertuarına daxil olan mahnılarını səsləndirib. Təxminən 3 saatdan artıq səhnədə olan pop ulduz bütün mahnılarını canlı ifa edib.
O, hətta konsertə izləyici qismində gələn Murad adlı gənci səhnəyə dəvət edərək onunla duet oxuyub.









Son xəbərlər
Son Xəbərlər