Nəsrin aktrisalıqdan sonra bu peşəyə də həvəs saldı

nesrin-aktrisaliqdan-sonra-bu-peseye-de-heves-saldi
Oxunma sayı: 2271

Son vaxtlar çəkildiyi serial və filmlərlə gündəmdə olan Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bundan sonra modellik də edəcək.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisaya modellik etməsi üçün təkliflər yağır. Nəsrin artıq bu təklifləri dəyərləndirəcəyini deyib:

“Əvvəl çox təəccüblənmişdim. Daha sonra təkliflərin artması məni sevindirdi. Sevdiyim markanın təqdimatı üçün podiuma çıxaram. Təklifləri dəyərləndirəcəm”.

N.Cavadzadə baş rolda çəkildiyi, İspaniya istehsalı olan “El Desentierro” filminin sentyabrdakı qalası üçün indidən hazırlaşdığını deyib. Həftənin 5 günü idman zalından çıxmayan aktrisa sağlam qidalanma ilə də arzuladığı bədən quruluşuna sahib olmağı hədəfləyib.