Oğurluqla məşğul olan 110-a yaxın kloun saxlanılıb

ogurluqla-mesgul-olan-110-a-yaxin-kloun-saxlanilib
Oxunma sayı: 1917

Braziliyanın Rio-de-Janeyro şəhərində oğurluqla məşğul olan 110-a yaxın kloun saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Globo” telekanalı məlumat yayıb.

Məlumata əsasən, klounlar karnaval zamanı oğurluqla məşğul olduqları vaxt saxlanılıblar. Onların üzərində tapança, güllələr və qumbara aşkar edilib.

Bundan əlavə, klounların üzərində oğurlanmış 5 mobil telefon, saat və 2 pul kisəsi tapılıb.

Cinayətkarların polis məntəqəsinə çatdırılması üçün 3 avtobus lazım olub.