Təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin 7, 14, 21, 28 apreldə keçirdiyi buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi), 12 mayda isə I – IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə münasibət bildirib.
K. Əsədov “Qafqazinfo”ya bildirib ki, bu imtahanlar əslində 2008-ci ildən tətbiq olunan kurikulumun təhsil sistemində 11 il ərzində necə mənimsənilməsinin, necə tətbiq olunmasının göstəricisi olmalı idi: “ Bu müddətdə milyonlarla vəsait sərf olunub kitablar, testlər, vəsaitlər yazıldı, treninqlər keçirildi, tədbirlər təşkil olunub qonaqlıqlar verilib şəkillər çəkdirildi, imtahanlar keçirildi: “Amma nəticələr kurikulumun təhsil sistemində özünü doğrultmadığını, təhsil sisteminin bu vacib işin öhtəsindən gələ bilmədiyini göstərir. Məsələn, 27660 nəfər imtahanda iştirak edib. İmtahanda 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.
Aprelin 14-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) 28634 nəfər iştirak edib və heç kim maksimum bal toplaya bilməyib.
Aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) 22499 nəfər İmtahanda iştirak edib. İmtahanda 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.
Aprelin 28-də keçirilən imtahanda 19486 nəfər iştirak edib və heç kim maksimum bal toplaya bilməyib.
Ümumilikdə 4 buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) iştirak etmiş 98279 nəfərdən yalnız 4 nəfər onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb. Qeyd edim ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür.
Mayın 12-də I və IV ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarında iştirak edən etmiş 32174 abituriyentdən bir nəfər ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb. Ümumilikdə DİM-in XI sinif bazasından kurikulum proqramı əsasında aprel və may ayında keçirdiyi imtahanlarda iştirak edən 130.453 nəfərdən 5 nəfər imtahanlardan maksimum bal toplasa da, 2019-cu ildə 700 bal olmadı və bundan sonra da olması mümkün deyil. Yəni, təhsil sistemi 2019-cu ildə nəticə göstərə bilmədi. Baxmayaraq ki, keçən il, 2018-ci ildə 29 nəfər 700 bal toplamışdı. Bu il ali məktəbə imtahan verənlər arasında yalnız 700 bala namizəd ölkə üzrə cəmi 4 abituriyent var”. Ekspert buraxılış imtahanlarında 300 bal toplayan və 700 bala namizəd abituriyentlərin adlarını da açıqlayıb:
“Murad Şərifzadə (I ixtisas qrupu,654 bal),
Şəhriyar Səmədov (II ixtisas qrupu 694,30 bal), Rəşad Alpaşayev (IV ixtisas qrupu, 690 bal), Surxay Hasilov (IV ixtisas qrupu 650 bal)
Nəticələrdən də göründüyü kimi, 700 bal olmayacaq, ancaq ona yaxın nəticələr ola bilər. Deməli, neçə illərdir qəbul və buraxılış imtahanlarındakı nəticələr təhsil sisteminin yox, repititorluğun, hazırlıq kurslarının nəticəsidir”.
Son xəbərlər
Son Xəbərlər
