Robot-cərrah yaradıldı

robot-cerrah-yaradildi
Oxunma sayı: 660


Alimlər mexanizmin işlənib hazırlanmasına 5 il vaxt sərf ediblər. 

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, indi robot kəllədən deyil, yanaqdan deşik açıb keçməklə baş beyində əməliyyat edir: robot nikel-titan ərintisindən hazırlanmış xüsusi iynəni yanaqdan beyinə yönəldir və mütəxəssis-cərrahlar bu aləti MRT-skaner vasitəsilə idarə edirlər.

Tədqiqatçılar qeyd edirlər ki, hələlik təcrübələr yalnız manekendə aparılıb. Lakin 10 ildən sonra, mütəxəssislərin planlaşdırdıqları kimi, robot-cərrahları xəstəxanaların əməliyyat otaqlarında görmək mümkün olacaq və onlar həqiqi əməliyyatlar edəcəklər.

Məsələn, alimlər ümid edirlər ki, robot-cərrahlar epilepsiya xəstələrinin beyninə operativ müdaxilələr edəcəkdir. Bu xəstəliyə tutulanları müalicə etmək üçün beynin aşağı hissəsinə yol tapmaq lazımdır. Bu zaman yanaqdan müdaxilə, tədqiqatçıların fikrincə, ən yaxşı variantdır.