Dünən Rusiyanın paytaxtı Moskvada “Jara” komediya filminin premyerası baş tutub. “Qafqazinfo” xəbər verir ki, Xalq artisti Emin Ağalarovun baş prodüsseri olduğu layihə Bakıda lentə alınıb.
Ekran işi Azərbaycanda keçirilən “Jara” beynəlxalq festivalı zamanı çəkilib. Filmdə Qriqori Leps, Ani Lorak, Timati, Valeriya və başqa simalar çəkilib.
Ötən günkü qala gecəsində isə Filipp Kirkorov, Nyuşa, Valeriya, Yuliya Baranovskaya və bir çox ulduzlar iştirak edib.
Kinonun sentyabrın 5-də Bakıda təqdimatı olacaq.









Son xəbərlər
Son Xəbərlər
