Rusiyada elektron viza sınaqları başladı

rusiyada-elektron-viza-sinaqlari-basladi
Oxunma sayı: 882

Rusiya tətbiqinə başlayacağını elan etdiyi eelektron viza sisteminin sınaqlarına start verib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

O bildirib ki, hazırda Uzaq Şərq ölkələrinin vətəndaşlarına e-viza verilməsinə başlanılıb. Hələlik yalnız Kalininqrada səfər etmək istəyənlərə bu viza verilir.

E-viza müraciətlərində dəvətnaməyə ehtiyac qalmayacaq və proses cəmi 20 dəqiqə çəkəcək.

Qeyd edək ki, bu sistem rəsmi olaraq 1 iyul 2019-cu ildən etibarən tətbiq olunmağa başlayacaq.