“Sara Xatun” jurnalının və saytının təqdimatı oldu

sara-xatun-jurnalinin-ve-saytinin-teqdimati-oldu
Oxunma sayı: 2766

Dekabrın 1-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Milli Geyim Evinin təşkilatçılığı ilə “Sara Xatun” qadın jurnalının təqdimatı keçirilib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, jurnalının baş redaktoru və təsisçisi Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli nəşr haqqında ətraflı məlumat verib. Bildirib ki, uzun fasilədən sonra “Sara Xatun” qadın jurnalı Bakı” Milli Geyim Evi ilə birlikdə “Ənənədən gələcəyə” layihəsi ilə yenidən oxucuların görüşünə gəlib. 2002-ci ilin sentyabrından işıq üzü görən jurnal müəyyən müddət fasilədən sonra yenidən fəaliyyətini davam etdirib. Bu il jurnalın nəşrə başlamasının 15 ili tamam olur.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva, tanınmış modelyer-dizayner, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova və başqaları jurnalın yenidən nəşrə başlamasını yüksək dəyərləndiriblər. Onlar Bakı Milli Geyim Evinin son illər reallaşdırdığı layihə və tədbirləri milli geyimlərimizin, milli mədəniyyətimizin təbliği baxımından yüksək qiymətləndiriblər.

Tədbir çərçivəsində, həmçinin Sara.Xatun. com saytı da ictimaiyyətə təqdim olunub.

Bakı Milli Geyim Evi bu dəfə də ənənəsinə sadiq qalaraq növbəti “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsini nümayiş etdirib.