Dünən Nəsimi rayon Məhkəməsinin xalq artisti İlhamə Quliyevanın lehinə çıxardığı qərara millət vəkili Çingiz Qənizadədən sonra hüquq müdafiəçiləri də etiraz ediblər. “Qafqazinfo” xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin 02.07.2013-cü il tarixli qətnaməsi ilə İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası təmin edilib və qətnaməyə əsasən Nazpəri Dostəliyevadan İlhamə Quliyevaya vurduğu mənəvi ziyanla bağlı 50 000 AZN tutulub İlhamə Quliyevaya verilməsi qət edilib.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı məhkəmənin
hökmü ilə bağlı “Qafqazinfo”ya münasibətini açıqlayıb və məhkəməni
qeyri-obyektiv qərar çıxarmaqda ittiham edib: “Mən çox təəssüf edirəm ki,
Azərbaycan məhkəməsi belə bir qərar verib. Bu, bizim məhkəmələrə olan
inamsızlığı daha da artırır. Çünki subyektiv qərar qəbul edilib. Bir sorğuya
görə insanı 50 min manat cərimələmək qeyri-qanunidir. İlk olaraq, məhkəmə
İlhamə xanımın sorğusunu araşdırmalıydı. Lakin bunun tam əksinə olaraq
qeyri-obyektiv, sifarişli bir qərar çıxardı.
Özlüyündə hər iki sənətçi Azərbaycanda
tanınırlar. Məhkəmə yolu ilə bu məsələni həll etmək xalq artistlərinə
yaraşmazdı. Burada məhkəməni aparan hakimin də üzərinə məsuliyyət düşürdü.
Çünki onun qəbul etdiyi qərar prosesi daha da qızışdırdı. Biz Nazpəri xanımın
müdafiəsini təmin etməyə hazırıq”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Nazpəri
Dostəliyevaya qarşı çıxarılan məhkəmə qərarının birbaşa olaraq onun Müsavat
başqanı İsa Qəmbərin oğlunun toy mərasimində iştirakı ilə əlaqələndirib: “Biz
indiyə qədər artistlərin işlərinə qarışmamışıq, özləri dava edib, özləri də
barışıblar. Lakin dünən qəbul edilən bu qərar hamımıza pis təsir etdi. Nazpəri
yaxşı sənətkardır. Biz əminik ki, o, İsa Qəmbərin toy mərasimində iştirak
etdiyinə görə ona qarşı belə bir hökm çıxarıldı. Nazpəri artist adamdı, hara
çağırsalar ora da gedir. İlhamə xanım bir ara Flora Kərimova ilə, indi də
Nazpəri Dostəliyeva ilə intriqaya girir. Biz də məhkəmənin bu qərarından sonra
monitorinq qrupu kimi işi nəzarətimizə götürdük. Nazpəri xanımı apelyasiya
məhkəməsində müdafiə edəcəyik”.
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi
Bürosunun rəhbəri, insan haqları müdafiəçisi Səidə Qocamanlı da Nazpəri
Dostəliyevanın müdafiəsini təmin etməyə hazır olduğunu deyib: “Dünən baş verən
bu hadisəyə cəmiyyət tərəfindən də çox neqativ qarşılandı. İki sənətçi öz
aralarındakı qarşıdurma, söz davasını məhkəməsiz filansız aralarında həll edə
bilərdilər. İlhamə Quliyeva ahıl müğənnidir, sənətə möhür vuran insandır. Onun
belə addımı yolverilməzdir. Burada müdriklik lazım idi. Baş verənlər nəinki iki
sənətçi, iki qadın arasında münasibətlərin xoşagəlməz halıdır. İlhamə deyir ki,
Dünya Sülh Səfiridir, ümumiyyətlə titulu olan insan müdrik olsun gərək. Sənətdə
belə hallar həmişə olub, lakin son olanlar çox böyük biyabırçılıqdır.
Nazpəri cəmiyyətdə sevilən müğənnidir. Ona qarşı
belə bir addım yolverilməzdir. Özünün dünya şöhrətli müğənni kimi təqdim edən
İlhamə xanıma, hərçənd ki, o titulları necə alıb onu da bilmirəm, məsləhət
görərdim ki, Türkiyə sənətçilərinə də baxsın. Onların bir-birinə qarşı
münasibətinə, qayğısına. İlhamə xanımın məhkəməyə müraciəti bütövlükdə onun
zəifliyindən xəbər verir. Nazpəri xanım bizə müraciət edərsə biz onun
müdafiəsini təmin etməyə hazırıq”.
Səidə
Son xəbərlər
Son Xəbərlər