“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya müğənni T. Şahmalıoğlu özü məlumat verib. Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyev bu gün Novxanı çimərliyində batıb: “Hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir. Qardaşımı tapmaq hələlik mümkün olmayıb”.
***
Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.
Hazırda xilasedicilər M.Allahverdiyevin axtarışlarını davam etdirir. Onun ailə üzvləri çimərliyə gələrək məlumat gözləyirlər.
Son xəbərlər
Son Xəbərlər