Fevralın 16-sı saat Zeytun küçəsi 13-ün qarşısında Vüqar Həsənov idarəetdiyi “Azsamad” markalı avtomobili yolun kənarındakı hasara vurub, nəticədə özü ölüb, sərnişini Namiq Abbasov xəsarət alaraq KTM-ə yerləşdirilib.
Bakı Şəhər BPİ Cinayət-Axtarış İdarəsi, İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları fevralın 16-da Ə.Naxçıvani küçəsində yerləşən “Prestij” çay evində Bakı şəhər sakini İlqar Dadaşovun qumar oyunları təşkil etməsini aşkar ediblər.
Sabunçu RPİ PPXB və 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər, Bakı şəhər sakinləri Elçin Nuriyev və Eldar Məmmədov fevralın 16-da tutulub. Məlum olub ki, onlar yanvarın 17-də Daşqın Muradova məxsus, yanvarın 18-nə keçən gecə Seymur Rzayevə məxsus, yanvarın 20-də Rasim Əsədova məxsus, yanvarın 23-nə keçən gecə isə Elgün Xudiyevə və Habil Babaşova məxsus avtomobillərdən oğurluq ediblər. Bundan başqa fevralın 12-nə keçən gecə Nəbi Məhərrəmova məxsus, fevralın 13-nə keçə gecə Müşfiq Zamanlıya məxsus, fevralın 14-nə keçən gecə isə bir-birinin ardınca Əliş Əsədova, Zülal Məmmədova, Hikmət Şərifova və Məmmədəli Məmədova məxsus avtomobillərə qanunsuz daxil olaraq oğurluq ediblər.
Yasamal RPİ NMB və CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Abdullayevdən 303,1 qram, Bərdə rayon sakini Ruslan Süleymanovdan isə 780 qram heroin aşkar olunaraq götürülüb.
Son xəbərlər
Son Xəbərlər