2014-cü ilin aprel ayından fəaliyyətə başlayan avtosfer.az saytı 2 yaşını qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, saytın ad günü tədbirinə millət vəkilləri, Mətbuat Şurasının rəhbərliyi, yol təhlükəsizliyinə cavabdeh qurumların təmsilçiləri qatılıb. Qonaqlar 2 il müddətində saytın maarifləndirmə, yol hərəkəti qaydalarının təbliğatı işini yüksək qiymətləndirib, sayt rəhbərliyinə təkliflərini bildiriblər.
Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Avtosfer.az saytı sahəvi sayt olaraq jurnalistika sahəsində öz sözünü deyib və qısa müddətdə populyarlıq qazanıb: "Saytdakı peşəkar yanaşma bizi qane edir. Bugünkü cəmiyyətdə belə saytların olması vacibdir. Yol hərəkəti elə bir sahədir ki, insanların maariflənməsinə həmişə ehtiyac var. Avtosfer.az saytı bu missiyanı layiqincə yerinə yetirir. Saytın kollektivini təbrik edirəm".
Son xəbərlər
Son Xəbərlər