“Təmiz Şəhər” ASC-nin tullantıları çeşidlənmə zavodunda 4 ədəd avtomobil nömrəsi, 44 ədəd sənəd və 21 bank kartı tapılıb.
Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, zavodda aşkar edilən tullantı olmayan əşyalar polisə təhvil verilib.
Qeyd edək ki, Bakıdan yığılan tullantılar BMTÇZ-də “Təmiz Şəhər”ə təhvil verilir. Tullantılar bu zavodda çeşidlənir, təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılaraq xammal kimi uyğun müəssisələrə göndərilir.
Bu cür əşyalarını itirən şəxslər polisə müraciət edərək tapılanların onlara aid olub-olmadığını dəqiqləşdirə və təhvil ala bilərlər.


Son xəbərlər
Son Xəbərlər