Azərbaycanın Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri, bəstəkar-müğənni Polad Bülbüloğlu Tümendə14 yaşlı oğlunun dirijorluq etdiyi orkestrlə birgə mahnı ifa edib.
“Qafqazinfo” xəbər verir ki, BülbüloğluTrans Sibir Art-Festivalı çərçivəsində baş tutan “Uşaqlar uşaqlar üçün” adlı konsertdə iştirak edib. Həmin konsertdə dirijor rolunda bəstəkarın 14 yaşlı oğlu Murtuza çıxış edib.
Qeyd edək ki, Trans Sibir Art-Festivalı Novosibirskdə artıq üçüncü ildir ki, keçirilir. Onun təsisçisi skripkaçı Vadim Repindir.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər