Türk dünyasının gənc yazarları Bakıda toplanacaq

turk-dunyasinin-genc-yazarlari-bakida-toplanacaq-
Oxunma sayı: 713


İlk gün, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi və “Güllələnmiş heykəllər”i ziyarət edən yazarların, ziyarətlərin ardından “Modern.az” və bir sıra başqa redaksiyalarda görüşləri nəzərdə tutulub.

Tədbirin təntənəli açılış törəni isə “DGTYB – 15: Ödül törəni və Türk Dünyası Şeir Axşamı” adı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında gerçəkləşəcək.

Qonaqlar ikinci gün AMEA N. Gəncəvi adına Ədəbiyyat Muzeyi ilə tanış olacaq, sonra Azərbaycanda Atatürk Mərkəzində “Addım-addım Türk Dünyası” kitabının təqdimatında iştirak edəcək. Nahardan sonra isə Gənclər Təşkilatları Milli Şurasının Mərkəzi Qərargahında DGTYB Hesabat-seçki Qurultayı keçiriləcək.

Toplantının 3-cü – sonuncu günü, DGTYB Hesabat-Seçki Qurultayının davamı (Azər-baycanda Atatürk Mərkəzi) baş tutacaq. “Azərbaycan Dil Qurumu” İB-də, Azərbaycan Yazıçılar Birliyində görüşlər keçirəcək. Toplantı iştirakçıları, daha sonra Nazirlər Kabinetində Baş nazirin müavini Elçin Əfəndiyev tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, “Türk Dünyası Gənc Yazarların Bakı toplantısı” layihəsi Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.