Xristian dünyasından qalma bəzi şeytani günlər Azərbaycana da sirayət edib. Məhz 13 tarixinin Cüməyə düşməsi səbəbindən bəzi adamlarımız işə getmirlər, yolu keçəndə gözləri dörd olur ki, qəzaya düşməsinlər, oğul-qız evləndirmirlər, uşaqlarını bağçaya, məktəbə aparmırlar. Bütün bunların cəmiyyətimizə sirayət etməsi təəssüfləndirici haldır. Halbuki 13 rəqəmi türk mifologiyasında ən müqəddəs rəqəm hesab edilir. Əhalisinin 90 faizi müsəlmanlardan ibarət olan Azərbaycanın belə günlərə inanaraq ürəklərinə salmaları, fəaliyyətlərini, iş qrafiklərini qorxu altında qurmaları yaxşı əlamət deyil.
13 rəqəminin Cüməyə düşməsini şeytanın Adəmlə Həvvanı aldadıb sonda cənnətdən qovdurması ilə də əlaqələndirirlər, Habilin Qabili öldürməsini də əsas gətirirlər. Amerikada tikilən bəzi binalarda 13-cü mərtəbənin olmaması da öz işləridir, işə gedib-getməmələri də. Əzizlərim, bu rəqəm bizə görə deyil. Bu tarix əsasən müqəddəs Qüdsə yiyələnmək, eləcə də İslam dinini məhv etməyə yönələn Xaç yürüşü ilə bağlıdır.
İnsan dünyanı idarə edirdi. Onu heç nə saxlaya bilməzdi. Heç kim və heç bir təbii qüvvə onlara böyük şəhərlər salmağa, binalar tikməyə, böyük meşələri qırmağa, Yer üzərində ağalıq etməyə maneçilik törədə bilməzdi. Ancaq dünyanı idarə etmək arzusundan başqa, insanlar həm də bir-biri üzərində ağalıq etmək niyyətinə düşmüşdülər. Tezliklə, onların bütün enerjisi silah düzəltməyə və böyük müharibələrə xərcləndi.
Fransa kralı 4-ci Filipin əmri ilə 1096-cı ildə - ilk Xaç yürüşünə start verildi. Hər iki tərəfdən böyük itkilər olsa da, Qüds səlibçilərin əlinə keçdi. Şəhər tamamilə alınsa da, ətraf torpaqlarda qanunsuzluqlar hökm sürürdü. Avropadan ora ziyarətə gedən adamlara hücum edilirdi. Bəzən yüzlərlə ziyarətçi qanına qəltan edilərək öldürülərmiş. Qüds əldə ediləndən 20 il sonra fransız cəngavəri Huqe de Payens bu şəhərə gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün icazə hüququnu əldə edir. O, və daha səkkiz cəngavər hələ İncil dövründən “Süleyman məbədi” kimi tanınan yerin yaxınlığında - qədim “Əl-Əqsa” məscidinin ətrafında, Templ Mount adlanan məkanda düşərgə salıblar. De Payens və cəngavərlər var-dövlətdən ömürlük imtina edəcəklərinə and içiblər. Gerb – “bir atı minmiş iki cəngavər” rəsmi şəklində təsdiqini tapıb. O, özünün cəngavərlər birliyini “İsanın Kasıb Cəngavərləri” və “Süleyman Məbədi” adlandırıb. Tezliklə, hamı onları Tamplierlər kimi tanıyıb.
Tezliklə cəngavərlərin “uğurları” ətrafdakı insanlarda paxıllıq və həsəd yaradıb. Beləcə, 1307-ci ilin oktyabrın 13-də Fransanın kralı Filipp məsləhətçisinin təklifi ilə yüzlərlə Tamliyeri həbs edir. Onların arasında sonuncu Ustad - Jakes de Molay (bəzi mənbələrdə Jak de Molen kimi qeyd edilir) da var idi. Filipin əmri ilə Jakes de Molayın əllərini bağlayaraq, bədənini yoğun ağaca sarıyırlar və diri-diri yandırırlar. Bu hadisədən bütün dünya xəbər tutur. Onun ölümü 13 oktyabr, həftənin Cümə gününə düşürdü. Həmin gündən 13 rəqəminin Cüməyə düşməsi bəd əlamət sayıldı. Jakes de Molayın yandırılmasından 7 əsr keçir. Xristianlar Cümə gününə düşən 13 tarixindən məhz belə qorxurlar. Əlbəttə, İsanın çarmıxa çəkilməsi də Cümə günü baş verib, digər dini hadisələr də.
Ancaq 7 əsr bundan əvvəl baş verən hadisədən bizim azərbaycanlılar da əndişələnir. Yəni, doğrudanmı biz bu qədər dünyəvi millət olmuşuq ki, Səlib yürüşünün əsas iştirakçıları olan Tamplier cəngavərlərinə yas saxlayırıq? Yəni, bu qədərmi dünyəvi olmuşuq ki, türkün müqəddəs 13 rəqəmini bəd, şeytani rəqəm hesab edib həmin gün qorxu altında yaşayırıq. Dünyəvi, tolerant olmaq olar, daha bu qədər yox. Fevralın 14-nin Sevgililər günü kimi qeyd etməyimiz isə tamam başqa mövzudur. Homoseksual Valentini yad etməyimiz heç də yaxşı hal deyil. Heç olmasa Klara Tsetkinlə, Roza Lüksemburqu haradasa yad etməyə dəyər. Çünki qadın hüquqları uğrunda mübarizə aparıblar. Ancaq cinsəlliyi barədə şübhəli tarixi yazılar olan Valentini yad edib cəmiyyətə sırımaq bu bir qrup işbazın gəlir əldə etmək fırıldağından başqa bir şey deyil. Daha başqa heç nə.