Geyimlərin nümayişi Azərbaycanın Argentinadakı Səfirliyi və Buenos-Ayresin Belqrano Universitetinin Dizayn və arxitektura fakültəsinin birgə əməkdaşlığı ilə bu universitetdə həyata keçirilən "Azərbaycanın milli geyimləri və onların hazırlanması" proqramının yekunu olaraq hazırlanıb.
Səfir Məmməd Əhmədzadə bu cür tədbirlərin xalqlararası əlaqələrin qurulması üçün vacib olduğunu qeyd edib, argentinalı tələbələrin onlara yad olan bu geyimləri uğurla hazırladıqları üçün universitetin müəllim və tələbə heyətini təbrik edib.
Ardınca Azərbaycan xalq mahnısı Sarı Gəlinin sədaları altında tələbələr tərəfindən hazırlanmış Azərbaycan milli qadın geyimləri argentinalı manikenlər tərəfindən nümayiş etdirilib.
Geyimlərin nümayişi Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi ilə müşayiət olunub və qonaqlara milli mətbəximiz təqdim olunub.
Proqramın məqsədi Azərbaycanın Argentinada təbliği və argentinalıların milli mədəniyyət və ənənələrimizlə yaxından tanış edilməsi olub. Tədbirə Argentinanın elmi-mədəni, ictimai-siyasi çevrələrinin, parlamentin, kütləvi informasiya vasitələrinin, Buenos-Ayresdə akkreditə olunan diplomatik korpusun nümayəndələri və universitetin müəllim və tələbə heyəti qatılıblar.
Səidə
Son xəbərlər
Son Xəbərlər