“İctimai İştirakçılıq haqqında” qanun müzakirə olundu

-ictimai-istirakciliq-haqqinda-qanun-muzakire-olundu
Oxunma sayı: 664

Şuranın mətbuat xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, tədbir Azərbaycan hökuməti və USAID tərəfindən birgə maliyyələşən və Şərq-Qərb İdarəçilik İnstitutu (EWMİ) vasitəsilə həyata keçirilən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində təşkil olunub. Müzakirələrə, həmçinin, Azərbaycan Hüquqşünasları Konfederasiyası və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (İCNL) tərəfindən təşkilati dəstək verilib.

Kempinski-Badamdar hotelində keçən müzakirələrin birinci hissəsinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, ikinci hissəsinə isə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin baş mütəxəssisi Məhəmməd Quluzadə moderatorluq ediblər.

Qanun layihəsini müzakirəyə təqdim edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şura ekspertləri tərəfindən hazırlanmış bu sənədin mühüm ictimai əhəmiyyəti haqqında danışıb və onun yaxın günlərdə parlamentin plenar iclasında millət vəkillərinin müzakirəsinə çıxarılacağını qeyd edib. A.Quliyev qanun layihəsinin beynəlxalq hüquqi ekspertizadan keçdiyini və beynəlxalq ekspertlərin qeyd, təklif və düzəlişlərinin nəzərə alındığını da vurğulayıb.