“Qafqazinfo”nun Application versiyası istifadəyə verildi

-qafqazinfonun-application-versiyasi-istifadeye-verildi
Oxunma sayı: 2602

Bu gündən “Qafqazinfo”nun Application (Mobil əlavə) versiyası istifadəyə verilir. Bu versiya hələlik Android telefonları üçün nəzərdə tutulub. Yaxın vaxtlarda iOS telefonları üçün də bu xidmət aktiv olacaq.

Dəyərli oxucularımıza “Qafqazinfo”da dərc olunan xəbərlərlə mobil telefonla tanış olmaq üçün “Application”u yükləmələri tövsiyə olunur. Android dəstəkləyən telefonunuzla "Play Market" proqramına daxil olaraq "Qafqazinfo" axtarın və çıxan siyahıdan şəkildə görünən "Q" hərfi olan proqrama keçərək yükləyin. Proqramla bağlı problemləri Facebook səhifəmizdə paylaşacağımız xəbərə və ya "Play Market"-də proqramı yüklədiyiniz səhifəyə yazaraq bildirin.

Qeyd edək ki, Application Qafqazinfo.az saytının sifarişi ilə ElitSolutions şirkəti tərəfindən hazırlanıb.