1 çantaya görə 3 nəfər birləşib kişini döydü

1-cantaya-gore-3-nefer-birlesib-kisini-doydu
Oxunma sayı: 840

Bakı şəhər sakini İ.Balakişiyev polisə müraciət edərək oktyabrın 1-də saat 22 radələrində A.S.Puşkin küçəsində yerləşən parkda 3 nəfərin onu döyüb içərisində 130 manatı və 2 ədəd mobil telefonu olan çantasını aldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.