10 gün əvvəl vəzifəyə gətirilmişdi - Əri ilə birlikdə qəzada öldü

10-gun-evvel-vezifeye-getirilmisdi
Oxunma sayı: 10257

10 gün əvvəl Meksikanın ən sıx əyalətlərindən olan Pueblaya qubernator təyin olunan Marta Erika Alonso helikopter qəzasında dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində qubernatorun həyat yoldaşı senator Rafael Moreno Valle də həlak olub. Helikopter havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.

Qeyd edək ki, 45 yaşlı Marta Pueblanın ilk qadın qubernatoru idi. O, prezident Andres Manuel Lopez Obradorun dəstəklədiyi namizədə qalib gələrək qubernator seçilmişdi.