ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda yerləşən vağzalın və Vaşinqtondakı beynəlxalq hava limanının onun şərəfinə adlandırılmasını təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, söhbət Nyu-Yorkun əsas nəqliyyat obyektlərindən biri olan “Penn Station” vağzalından, həmçinin Vaşinqtonda yerləşən “Dulles International Airport” Beynəlxalq Hava Limanından gedir.
Mənbələrin məlumatına görə, ötən ay ABŞ lideri Senatda azlığın lideri Çak Şumerə ümumi dəyəri 16 milyard dollardan çox olan “Gateway” layihəsinin maliyyələşdirilməsinin bərpasını təklif edib. Lakin Tramp bunun qarşılığında Nyu-Yorkdakı vağzalın və Vaşinqtondakı aeroportun onun şərəfinə adlandırılmasını şərt kimi irəli sürülüb. Şumer təklifi rədd edib və bunu belə bir tələbi həyata keçirmək səlahiyyətinə malik olmaması ilə əsaslandırıb.
Nəşr iddia edir ki, Trampın irəli sürdüyü şərt qanunvericilər və ictimaiyyət arasında geniş səs-küyə səbəb olub, çünki böyük ictimai obyektlərin hazırda fəaliyyətdə olan siyasətçilərin şərəfinə adlandırılması təcrübəsi ABŞ üçün səciyyəvi deyil. Bunun üçün Konqresin və yerli hakimiyyət orqanlarının güclü dəstəyi tələb olunur.
Ağ Ev bu məlumatı rəsmi olaraq şərh etməyib.
Qeyd edək ki, “Gateway” proqramı Hudzon çayının altından keçməklə Nyu-York və Nyu-Cersini birləşdirəcək yeni dəmir yolu tunelinin tikintisini nəzərdə tutur.
Son xəbərlər
Son Xəbərlər