2 aylıq qız beşikdən yıxıldı, öldü - Bakıda faciə

2-ayliq-qiz-besikden-yixildi-oldu
Oxunma sayı: 6791

Qobustan qəsəbəsi massiv 8-də yaşayan Şahin Babayevin 2 aylıq qızı bədbəxt hadisə nəticəsində vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu ilin yanvarın 3-də dünyaya göz açan Bahar bir müddət əvvəl evdə beşiyindən yıxılıb.

Körpə, kəllə-beyin travması ilə Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Xəstəxanada bir həftə müalicə olunduqdan sonra orada vəfat edib.

Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd