28 yaşlı gənc iki rəfiqəni zorladı - Birini boğaraq öldürdü

28-yasli-genc-iki-refiqeni-zorladi
Oxunma sayı: 11096

Rusiyanın Otradnoye şəhərində iki rəfiqəni zorlayan və onlardan birini öldürən Azərbaycan vətəndaşının məhkəməsi başlayır.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, hadisə bir il əvvəl Kirovsk rayonunun Otradnoye şəhərində baş verib.

Araşdırmalar nəticəsində məlum olub ki, 28 yaşlı Azərbaycan vətəndaşı iki rus rəfiqəsi birgə ilə yerli kafelərin birində spirtli içki içiblər.

Gənc oğlan qadınlardan birini söhbət etmək üçün kafedən çölə çağırıb və burada onu zorlayıb. Hadisə zamanı qadın ciddi müqavimət göstərdikdən, oğlan onu boğmağa başlayıb.

Qadın huşunu itirdikdən sonra gənc kafeyə qayıdıb və ikinci qızı çölə çıxardaraq zorlayıb və daşla ölənə qədər döyüb.

Bu zaman birinci zorlanan qadın ayılıb və polisə zəng vurub. Polis gənci elə hadisə yerindəcə saxlayıb.

Sonradan onun Rusiyada tikinti işində çalışdığı məlum olub.