Birinci Qarabağ müharibəsinin daha bir şəhidi dəfn edilib.
“Qafqazinfo” xəbər verir ki, I Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Əliyev Ədalət ötən gün Tərtərdə torpağa tapşırılıb.
Şəhərdəki Şəhidlər abidə kompleksində şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Ədalət Əliyev I Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin fevralında Kəlbəcərdə Murovdağ istiqamətində itkin düşmüş hesab olunurdu. O, naməlum şəhid kimi Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.
Fotolar: Nursəfa Mustafa






Son xəbərlər
Son Xəbərlər