Ağdaşda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Xosrov kənd sakini, 1990-cu il təvəllüdlü Tahirov Saleh Əliağa oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
Məlumata görə, mərhum həyətində qaynaq işləri görərkən elektrik cərəyanı onu vurub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər