58 yaşlı qadını avtobus vurub öldürdü

58-yasli-qadini-avtobus-vurub-oldurdu
Oxunma sayı: 2070

Xətai rayonunda qadını avtobus vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Gəncə prospektində qeydə alınıb.

31 yaşlı sürücü avtobusla yolu keçən 58 yaşlı Adilə Həşimovanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.