“6 ay keçib, nə vaxt hazır olacaq?”

6-ay-kecib-ne-vaxt-hazir-olacaq
Oxunma sayı: 1925

“Şəhərin bir hissəsində 300 metr velosiped yolu var, dayanır. Sonra görürük ki, nəinki velosiped, heç piyadanın gəzməsi üçün yol yoxdur. Belə yollar nəyə xidmət edir?”

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

“Ödənişli yol üçün alternativ eyni keyfiyyətdə yol olmalıdır. Bunlar arasında fərq yolun uzunluğu, sürət həddi və s. ola bilər, keyfiyyətdə fərq olmamalıdır. Bizdə isə ödənişli yollara eyni keyfiyyətdə alternativ yoxdur.

Bundan əlavə, ötən müddətdə taksi fəaliyyətində ciddi dəyişikliyin baş verdiyini görmədik. Müzakirə gedir, ictimaiyyətə məlumat verilir. Lakin ictimaiyyət dəyişiklik görməyəndə şübhə doğurur. 6 ay keçib, bu meyarlar nə vaxt hazır olacaq?” , - deyə deputat vurğulayıb.

Zaur Mirzə