910 nəfər yaşamaq üçün növbə gözləyir

910-nefer-yasamaq-ucun-novbe-gozleyir
Oxunma sayı: 1461

Azərbaycanda 910 nəfər orqan transplantasiyası üçün növbə gözləyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

“Böyrək transplantasiyası üçün növbə gözləyənlərdən 18-i uşaq, 280 nəfəri böyükdür. Bununla yanaşı, qaraciyər transplantasiyası üçün 5 uşaq, 118 böyük, sümük iliyi transplantasiyası üçün 371 uşaq, 93 böyük, buynuz qişa transplantasiyası üçün isə 2 uşaq, 23 böyük hazırda növbə gözləyir”, - məlumatda qeyd olunub.