ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

abs-irana-yeni-sanksiyalar-tetbiq-etdi
Oxunma sayı: 1079

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlik maliyyə texnologiyaları, kriptovalyuta və ofşor əməliyyatları ilə bağlı İrandan olan 11 şirkət və 7 fiziki şəxsə sanksiya tətbiq edib.

Məhdudiyyətlərin bir hissəsi olaraq, onların ABŞ yurisdiksiyası altında olan aktivləri bloklanacaq və ABŞ fiziki və hüquqi şəxsləri ilə əməkdaşlıq qadağan ediləcək.